Günün kuponu – 29.03.2022
Portuqaliya – Şimali Makedoniya – 1
Bir anlıq təsəvvür edin ki, Kriştiano Ronaldolu Portuqaliya dünya çempionatından kənarda qalıb. Bu, dünya futbolunda 7 ballıq zəlzələ kimi bir dağıdıcı effekt verərdi. Düzdür, son Avropa çempionu İtaliya da mundialdan kənarda qaldı. Özü də elə Portuqaliyanın gələcək rəqibi Şimali Makedoniya tərəfindən. Amma bu cür möcüzələr dalbadal baş vermir. Fernandu Santuşun komandası doğma divarlar arasında “Draqao”nun dolu tribunaları önündə rəqibə şans verməməlidir. Ön xətti İngiltərə Premyer Liqasının iddialı klublarının futbolçularından və əla formada olan “Portu”lu Otaviodan ibarət olan meydan sahibləri cütün aşkar favoritidir.
Yaponiya – Vyetnam – 1
Artıq dünya çempionatına vəsiqəni təmin edən Yaponiya Vyetnam qarşısına eksperimental heyətlə çıxa bilər. Mundiala “bilet almış” komandanın görüşünə Saytama şəhərində 50 mindən çox azarkeşin gəlməsiz gözlənilir. Təbii ki, belə vəziyyətdə yaponlar seçmə mərhələdə cəmi 3 xal yığan rəqiblə oyunda büdrəmək istəməz. “Gündoğar ölkə”nin təmsilçiləri birinci dövrədə səfərdə Vyetnam üzərində minimal hesablı qələbə qazanmışdılar – 1:0. Yəqin ki, əksəriyyət də mənim kimi bu oyunun 1-lə bitəcəyi qənaətindədir.
İran – Livan – 1
Asiya zonasından DÇ-2022-yə vəsiqə qazanmış daha bir komanda İran Məşhəddə “İmam Reza” stadionunda Livanı qəbul edəcək. Meydan sahiblərinin baş məşqçisi Draqan Skoçiç də heyətdə bəzi dəyişikliklər edə bilər. Amma İran yığması ikinci heyətlə də Livandan güclü təsir bağışlayır. İran son dörd oyunun üçündə Livanı böyük hesabla məğlub edib. Bu dəfə də meydan sahiblərinin çətinlik çəkmədən qalib gələcəyini güman edirəm.