5 ildən sonra

5 ildən sonra

Anhel di Mariya 5 ildən sonra het-trik edib. “Yuventus”un vingeri Avropa Liqasının pley-offunda fərqlənib.

Argentinalı ulduz “Nant”la Fransadakı cavab matçında üç qol vurub. Onun qolları komandasına 3:0 hesablı qələbə gətirib.

Di Mariya bunadək son het-trikini 2018-ci il fevralın 6-da gerçəkləşdirib. Həmin vaxt PSJ-də oynayan cənubi amerikalı Fransa kubokunda “Soşo”ya üç top vurub. Həmin görüşdə parislilər 4:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında 1/8 finalın püşkü atılacaq

Növbəti yazı

İlk məğlubiyyət