“Milan” Leaonun cəriməsini ödəyəcək

“Milan” Leaonun cəriməsini ödəyəcək

“Milan” futbolçusu Rafael Leao ilə yeni müqavilə ilə bağlı razılıq əldə edib. İtaliya klubu hücumçu üçün “Sportinq”ə cəriməni də ödəməyə hazırdır.

Portuqaliyalı hücumçu Lissabon klubu ilə müqaviləni 2018-ci ildə birtərəfli qaydada pozduğu üçün 19 milyon avro cərimə ödəməlidir. Milanlılar bu vəsaiti ödəməyə razılıq verib.

23 yaşlı hücumçu cari mövsüm 36 oyun keçirib. Onun hesabında 11 qol və 10 assist var.

ETOPAZ

Əvvəlki yazı

“Yuta”dan erkən vida

Növbəti yazı

Sulşer “Brügge”nin hədəfində