3-cü penta-trik
Çempionlar Liqası tarixində 3-cü penta-trik qeydə alınıb. Buna norveçli Erlinq Haland imza atıb.
“Mançester Siti”nin hücumçusu 1/8 final mərhələsinin cavab oyununda 5 qol vurub. O, “Leypsiq”lə ev görüşündə 7:0 hesablı qələbəyə töhfə verib.
Erlinqə qədər Çempionlar Liqasında yalnız iki oyunçu bunu bacarıb. Bunlar Lionel Messi və Luis Adrianodur. Messi 2012-ci ildə “Barselona”nın heyətində “Bayer”ə 5 qol vurub. 2 il sonra “Şaxtyor”un hücumçusu BATE-yə qənim kəsilib.