“Mançester Siti” və ”İnter” 1/4 finalda

“Mançester Siti” və ”İnter” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Bu gün 2 qarşılaşma baş tutub.

“Mançester Siti” 1:1-lik bərabərliyin cavab görüşündə ”Leypsiq”i qəbul edib. Matç meydan sahiblərinin üstünlüyü ilə keçib. Erlinq Haaland penta-trikə imza atıb. İlkay Gündoğan və Kevin de Brüyn isə hərəyə bir dəfə fərqlənib – 7:0.

Digər oyunda “Porto” ”İnter”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qol vurulmayıb. İlk matçda minimalhesablı qələbə qazanan italiyalılar mərhələ adlayan tərəf olub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da yeni futbolçu

Növbəti yazı

3-cü penta-trik