22 aydan sonra derbi qələbəsi

22 aydan sonra derbi qələbəsi

İngiltərə Premyer Liqasında növbəti Mançester derbisi baş tutub. 20-ci turun oyununda “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Öncə Cek Qriliş qonaqları hesabda irəli çıxarıb.

Lakin Erik Ten Haqın yetirmələri əzmkar qələbə qazanmağa müvəffəq olub. Bruno Fernandes və Markus Reşford beş dəqiqəyə iki qol vurub – 2:1.

Ardıcıl üç derbidə uduzan (0:2, 1:4, 3:6) “Mançester Yunayted” 22 aydan sonra rəqibinə qalib gəlib. “Qırmızı şeytanlar” “şəhərlilər”i sonuncu dəfə 2021-ci il martın 7-də iki cavabsız qolla məğlub etmişdi.

ETOPAZ

Əvvəlki yazı

Mandanda milli karyerasını bitirdi

Növbəti yazı

“Vulverhempton”da yeni futbolçu