“Vulverhempton”da yeni futbolçu
“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib. İngiltərə klubu “Flamenqo”nun yarımmüdafiəçisi Joao Qomezi rənglərinə bağlayıb.
“Qurdlar” 21 yaşlı braziliyalı üçün 17 milyon avro ödəyəcək. Premyer Liqa təmsilçisi onunla 5 illik müqavilə imzalayacaq.