1960-cı ildən sonra ilk dəfə

1960-cı ildən sonra ilk dəfə

“Tander”in yeni oyunçusu Coş Qeddi ardıcıl üçüncü oyununda tripl-dabl edib. O, “San Antonio” üzərində 106:114 hesablı qələbədə 33 dəqiqədə 17 xal, 10 ribaund və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Coş 1960-cı ildən bəri ardıcıl üç dəfə tripl-dabl edən ilk yeniyetmə olub. Əfsanəvi Oskar Robertsonun ardından bu ada yiyələnib.

Qeyd edək ki, 19 yaşlı avstraliyalı daha əvvəl “Niks” ilə görüşdə 28 xal (şəxsi ən yaxşı nəticəsi), 11 ribaund və 12 məhsuldar ötürmə, “Bulls” ilə oyunda 11 xal, 12 ribaund və 10 məhsuldar ötürmə ilə fərqlənmişdi.

ETOPAZ

Əvvəlki yazı

Trippyerin ayağı sındı

Növbəti yazı

“Real” PSJ-ni keçməsə, Ançelottini göndərəcək