15 min dollarlıq cəza

15 min dollarlıq cəza

“Niks”in basketbolçusu Culuus Rendl cəzalanıb. Hücumçu NBA tərəfindən maliyyə sanksiyasına məruz qalıb. Buna onun mövsümün “Seltiks”ə qarşı keçirilən ilk matçındakı davranışı səbəb olub.

İkinci overtaymda əldə olunan qələbədən sonra Rendl sevincindən topu tribunalara atıb. Bu üzdən hücumçu 15 min dollar cərimələnib. Ötən mövsümün ən inkişaf edən basketbolçusu seçilən forvard bu qarşılaşmada 35 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Beşinci yarımfinal

Növbəti yazı

Dias üçün 80 milyon avro