Beşinci yarımfinal

Beşinci yarımfinal

Dünyanın 35-ci raketkası Marketa Vondrouşova Moskvada keçirilən “VTB Kreml kuboku”nda yarımfinala yüksəlib. Çexiyalı tennisçi 1/4 finalda Anastasiya Pavlyuçenkovaya qalib gəlib – 6:4, 6:2.

Bu, Marketanın mövsümdə 5-ci yarımfinalı olacaq. O, bunlardan yalnız birində mərhələ adlaya bilib. Digər dörd yarımfinalında birində oyunu yarımçıq dayandıran Vondrouşova üç dəfə məğlubiyyətə üzülüb.

e-Topaz

Əvvəlki yazı

Superliqa layihəsi genişləndirilir

Növbəti yazı

15 min dollarlıq cəza