13-cü final

13-cü final

“Böyük dəbilqə”lərin ikiqat çempionu Petra Kvitova Mayami turnirində finala yüksəlib. O, yarımfinalda Sorana Kirstyaya qalib gəlib – 7:5, 6:4.

Bu, Kvitovanın 2009-cu ildə yaradılan WTA 1000 kateqoriyasında 13-cü finalıdır. Yalnız 4 tennisçi bu göstəricidə onu qabaqlayır.

Simona Halep və Serena Uilyamsın 18, Mariya Şarapovanın 16, Viktoriya Azarenkonun 15 belə finalı var. Petra həlledici görüşdə Yelena Rıbakina ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

NBA-da yenilik

Növbəti yazı

Messi üçün 10 milyon