Ən yaxşılar dəyişməz qaldı

Ən yaxşılar dəyişməz qaldı

NBA-da ötən həftənin ən yaxşıları bəlli olub. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

Coel Embiid (“Filadelfiya”) və Domantas Sabonis (“Sakramaneto”) 22-ci həftənin oyunçuları seçilib. Ötən həftə də bu basketbolçular ən yaxşı adını qazanıb.

“Filadelfiya”nın lideri üç qələbədə pay sahibi olub. O, orta hesabla 35,0 xal, 12,7 ribaund və 5,3 blok-şota imza atıb. Sabonis isə dörd oyunda qazanılan üç qələbəyə 22,8 xal, 16,0 ribaund və ötürmə ilə töhfə verib.

ETOPAZ

Əvvəlki yazı

“Sevilya”da istefa

Növbəti yazı

Cokoviçlə Rublyov Banya-Lukada