Ən uzun tay-brek
Dallasdakı ATP turnirinin yarımfinalında rekord qeydə alınıb. Reyllli Opelka ilə Con İzner arasında qarşılaşmada tarixin ən uzun tay-breki baş tutub.
İkinci setin qalibini müəyyənləşdirmək üçün 46 xal üçün mübarizə gedib. 24:22 hesabı ilə qalib gələn Opelka həm də matçda qələbə qazanıb – 7:6, 7:6.
Bu, 1990-cı ildən hesablanan ATP seriyalı yarışların tarixində ən uzun tay-brekdir.
Bunadək rekord Qoran İvanişeviçlə Deniel Nestor arasında matçda qeydə alınmışdı. 1993-cü ildəki görüşdə Qoran 20:18 hesabı ilə qalib gəlib. Sonrakı illərdə həmin rekord 6 dəfə təkrarlanıb.