Lebrondan yeni rekord

Lebrondan yeni rekord

“Leykers”in yaşayan əfsanəsi Lebron Ceyms müntəzəm mövsümdə və pley-offda karyera xallarına görə digər NBA əfsanəsi Kərim Abdul-Cabbarı geridə qoyub və bu göstərici üzrə liqa tarixində rekordçu olub.

Hücumçu “Leykers”in “Qolden Steyt”lə səfər oyununda üçüncü rübdə uzaqdan zərbə ilə karyerasında 44152-ci xalını toplayaraq tarixi bir mərhələyə çatıb. Abdul-Cabbar isə 44,149 xal qazana bilmişdi.

Həmçinin, liqa tarixində müntəzəm mövsümdə və pley-offda 40.000-dən çox xal toplayan 3 oyunçu var. Bunlar Ceyms, Abdul-Cabbar, Karl Malondur.

ETOPAZ

Əvvəlki yazı

Ən uzun tay-brek

Növbəti yazı

Ən bahalı qış transferləri