Zverevə şərti cəza
Almaniyalı tennisçi Aleksandr Zverevlə bağlı araşdırmalar başa çatıb. ATP Akapulkoda hakimi təhqir edən idmançının cəzasını açıqlayıb.
Ona 8 həftəlik şərti diskvalifikasiya verilib. Zverev 25 min dollar cərimə də ödəməlidir.
Almaniyalı öncə də 40 min ziyana düşüb və Akapulkodakı mükafatdan məhrum edilib. Lakin bu dəfəki cərimə də şərti xarakter daşıyır. O, 2023-cü il fevralın 22-dək qayda pozuntusuna yol verərsə, bu cəzalar da qüvvəyə minəcək.