Zuma oyuna çıxmaqdan imtina etdi
Pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan “Vest Hem”in futbolçusu Kurt Zumanın qara buludlar başından ayrılmır. Oyunçuya etirazlar durmadan davam edir. Premyer Liqanın “Lester”lə matçında fransız oyunçu azarkeşlərin təzyiqinə məruz qalıb.
Belə ki, 27 yaşlı müdafiəçi görüşün start heyətində yer alıb. Lakin oyunöncəsi isinmə hərəkətləri zamanı izləyicilər onu fitə basıb. Həmçinin, ona qarşı müxtəlif şüarlar səsləndirib. Ardından futbolçu özünü yaxşı hiss etmədiyini, halının pis olduğunu bildirib və oyuna çıxmaqdan imtina edib.