Lebron Ceyms finalda rəqs etdi

Lebron Ceyms finalda rəqs etdi

NFL finalında (Super Bowl 2022) “Cincinnati” “Los Anceles”lə qarşılaşıb. Kaliforniya komandası 23:20 hesabı ilə qalib gəlib.

Fasilədə ənənəvi musiqi şousu keçirilib. Amerikalı reperlər Eminem, Snoop Dogg, 50 Cent, Dr. Dre, Mary J. Blige və Kendrick Lamar İnqlvuddakı arena səhnəsində çıxış ediblər.

Həmin şou zamanı maraqlı görüntülər ortaya çıxıb. Belə ki, “Leykers”in ulduz basketbolçusu Lebron Ceyms 50 Cent-in çıxışı zamanı rəqs edib və oxuyub. Bu kadrlar internetdə yayılıb və böyük marağa səbəb olub.

ETOPAZ

Əvvəlki yazı

Barti zirvədə, Kontaveytdən yüksəliş

Növbəti yazı

Zuma oyuna çıxmaqdan imtina etdi