Zlatandan 400-cü qol

Zlatandan 400-cü qol

Zlatan İbrahimoviç karyerasında 400-cü çempionat qoluna imza atıb. İsveçli hücumçu İtaliya A seriyasının XI turunda fərqlənib. 40 yaşlı veteran vurduğu qolla “Milan”ın “Roma” üzərində 2:1 hesablı qələbəsində pay sahibi olub.

Zlatan ilk qolunu 1999-cu il oktyabrın 30-da vurub. O, 22 il əvvəl “Malmö”nün heyətində İsveç çempionatında fərqlənib.

İbrahimoviç A seriyasında 150-ci qolunu vurub. O, “Yuventus”da 23, “İnter”də 57, “Milan”da 70 dəfə rəqib qapısına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

20-ci çempionluq

Növbəti yazı

Ceyms Harden Larri Berdə çatdı