20-ci çempionluq
Peterburqdakı turnirin qalibi bəlli olub. Dünyanın 35-ci raketkası Marin Çiliç finalda Teylor Fritsi məğlub edib – 7:6, 4:6, 6:4.
Mövsümdə ikinci çempionluğunu yaşayan xorvatiyalı karyerasında 20-ci uğura sevinib. O, karyerasını davam etdirənlər arasında 20 və daha çox ATP titulu sahibi olan 6-cı tennisçidir. Rocer Federer 103, Rafael Nadal 88, Novak Cokoviç 85, Endi Marrey 48, Xuan Martin del Potro 22 çempionluq yaşayıb.