“Zirə”dən böyükhesablı qələbə

“Zirə”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XXIV turun son gününə start verilib. “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib.

Görüşdə ilk qolu meydan sahibləri öz qapısına vurub. Vanderson Melo avtoqol müəllifi olub.

Rəhim Sadıxov və Rafael Utziq Bakı klubunun üstünlüyünü üç topa çatdırıb. Rəşad Sadıqovun yetirmələri səfərdə böyük hesabla qalib gəlib – 3:0.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.02.2024

Növbəti yazı

“Qarabağ”dan ev qələbəsi