Sürpriz kupon – 26.02.2024
Koventri – Meidston Yunayted Qol/Qol
İngiltərə Federasiya Kubokunda 1/8 final. “Koventri” Çempionşipdə çıxış edir. Rəqib isə Şimal Milli Liqasında mübarizə aparır. Hər iki tərəf 90 dəqiqədə üstün olmağa çalışacaq. “Koventri”də əsas heyətdən iki futbolçu matçı kənardan izləyəcək. Kubok matçında tərəflərin meydanı qolsuz tərk etməyəcəyini fikirləşirəm.
Kan – Anjer 2
Liderdən 5 xal geri qalan “Anjer” son illər “Kan”la oyunlarda qələbə qazanıb. Ötən tur evdə “Sent Etyen”ə uduzan qonaqlar məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışacaq. Son dörd səfər oyununda “Anjer” “Kan”a qalib gəlib. Meydan sahiblərinin bu rəqibə qarşı oyunu demək olar alınmır.
Varta Poznan – Radomiak Radom Qol/Qol
Polşa çempionatında 13-14-cü pillələrdə qərarlaşan komandalar ən çox qol buraxan iştirakçılar sırasındadır. Poznan səfəri asan görünmür. “Varta” evdə istənilən rəqibə müqavimət göstərməyi bacarır və əksər hallarda meydanı qolsuz tərk etmir.