Günün kuponu – 26.02.2024
Roma – Torino 2.5 Üst
Meydan sahibləri qələbə qazanmaqla altıncı pillədə yerini möhkəmlədəcək. Avropa Liqasında “Feyenord”u üstələyən paytaxt təmsilçisi evdə o qədər sevmədiyi rəqiblə qarşılaşır. “Roma” ötən il xal itirdiyi “Torino”ya bu dəfə güzəştə getməyəcək. Fikrimcə bu matçda məhsuldar nəticə izləyəcəyik.
Fiorentina – Latsio Qol/Qol
A Seriyasında qonşu pillələrdə qərarlaşan klublar bu dəfə intibahın beşiyi sayılan Florensiyada üz-üzə gələcək. Son 5 oyunda “Fiorentina”nın Roma təmsilçisiylə matçda qələbəsi yoxdur. Fikrimcə bu matçda komandalar meydanı qolsuz tərk etməyəcək. Hətta qollu heç-heçə qeydə alınarsa təəccüblənmərəm.
Qalatasaray – Antalyaspor 1
“Cim Bom” birinci pilləyə qayıtmaq üçün qələbə qazanmalıdır. Superliqada ardıcıl beş tur qələbəyə həsrət olan Antalya təmsilçisi səfərə böyük ümidlə yollanır. Avropa Liqasıyla vidalaşan “Qalasataray” bu matçda azarkeşləri qarşısında bəraət almağa çalışacaq. Meydan sahiblərinin minimal hesabla qələbə qazanacağını düşünürəm.