“Zirə” liderlərə şərik oldu

“Zirə” liderlərə şərik oldu

Azərbaycan Premyer Liqasında VI tur start götürüb. İlk oyun günündə bir matç keçirilib.

“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Turnir cədvəlinin ortalarında qonşu olan komandaların duelinin taleyini bir top həll edib.

İlk yarıda fərqlənən Loris Broqno Bakı klubuna üç xal qazandırıb. Bu qələbədən sonra xal hesabını 11-ə çatdıran Rəşad Sadıqovun yetirmələri çempionatın liderləri “Qəbələ” və “Qarabağ”a şərik olub. 7 xala malik “Sumqayıt” isə 5-ci pillədə qalıb.

Xatırladaq ki, sabah “Keşlə” – “Sabah” və “Səbail” – “Neftçi”, ertəsi gün “Qarabağ” – “Qəbələ” oyunları keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”ya dəyən zərər

Növbəti yazı

Marketa yarımfinalda