Zinçenko “Barselona”ya təklif olundu

Zinçenko “Barselona”ya təklif olundu

“Mançester Siti”nin ukraynalı yarımmüdafiəçisi Aleksandr Zinçenko “Barselona”ya təklif olunub. Bunu İspaniya klubunun futbolçusu Ferran Torres edib.

O, klub prezidenti Joan Laportaya müraciət edərək Zinçenkonu almasını istəyib. İspaniyalı yarımmüdafiəçi bu təklifi baş məşqçi Xavi və rəhbərlikdəki digər şəxslərə də çatdırıb.

2016-cı ildən Mançester klubunda çıxış edən Aleksandrın müqaviləsi 2024-cü ildə başa çatacaq. Onun xidmətində “Betis” də maraqlıdır.

ETOPAZ

Əvvəlki yazı

Rublyovdan ən ağır məğlubiyyət

Növbəti yazı

Argentinanın seriyası davam edir