Argentinanın seriyası davam edir

Argentinanın seriyası davam edir

Argentina millisi DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XVII turunda Venesuelanı 3:0 hesabı ilə məğlub edib. “Tanqoçular” bu matçda uğurlu seriyasını davam etdirib.

Matçda son nöqtəni qoyan kapitan Lionel Messinin son 13 ildə qol vurduğu heç bir matçda argentinalılar uduzmayıblar. Komanda axırıncı dəfə 2009-cu ildə Leonun qol vurmasına baxmayaraq, İspaniyaya yoldaşlıq görüşündə məğlub olub.

35 yaşlı superulduz özü isə 7 matçlıq qol həsrətinə son qoyub. O, bunadək sonuncu dəfə fevralın 6-da Fransa Liqa1 çərçivəsində “Lill” ilə oyunda (5:1) qol vurmuşdu.

ETOPAZ

Əvvəlki yazı

Zinçenko “Barselona”ya təklif olundu

Növbəti yazı

Milenkoviç “Vest Hem” yolunda