Milenkoviç “Vest Hem” yolunda

“Vest Hem” heyətini gücləndirmək üçün çalışmalara davam edir. İngiltərə təmsilçisi “Fiorentina”nın müdafiəçisi Nikola Milenkoviçi transfer etməyə yaxındır.

“Çəkiclilər” 24 yaşlı serb futbolçunun agenti ilə şifahi razılığa gəliblər. London klubu oyunçuya uzunmüddətli müqavilə təklif edib.

Qeyd edək ki, cari mövsüm Milenkoviç “Fiorentina”nın heyətində 30 matçda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Argentinanın seriyası davam edir

Növbəti yazı

“Latsio”nun qapıçısı Premyer Liqa klubunun hədəfində