“Yuventus”un araşdırması yekunlaşdı
“Yuventus”un saxta maliyyə hesabatı işi bağlanıb. Klubdan bildirilib ki, prokurorluqdan işin bağlandığına dair bildiriş alıblar.
Turin təmsilçisinin rəsmi saytında qeyd olunub ki, prokurorluq 2018/19, 2019/20 və 2020/21 mövsümlərində həyata keçirilən bəzi transferlərə görə kluba qarşı intizam tədbiri görməyəcək.
“Yuventus” gələcək proseslər üçün müdafiə sənədləri hazırlayacaq.
Xatırladaq ki, “Yuventus” rəhbərliyi yalan xəbərlər yaymaqda şübhəli bilindiyi üçün istintaqa cəlb olunmuşdu.