Avropa Super Liqası yenidən gündəmdə

Avropa Super Liqası yenidən gündəmdə

“Real”, “Barselona” və “Yuventus” yenidən Avropa Super Liqası iddialarını gündəmə gətiriblər. 

Adıçəkilən klublar yayda ABŞ-da mövsümöncəsi turnir təşkil etməyi planlaşdırır. Həmin turnir Super Liqaya hazırlıq xarakteri daşıyır. UEFA və FIFA-nın tələblərindən sonra turnirdə iştirakdan imtina edən klublardan hələlik yalnız “Milan” beynəlxalq turnirə qatılmağa ilkin razılıq verib.

“Real”, “Barselona” və “Yuventus” rəhbərliyi koronavirus pandemiyası səbəbindən itirdikləri pulları məhz ABŞ-dakı turnirlə sığortalamağı düşünür.

ETOPAZ

Əvvəlki yazı

Lakazett “Arsenal”ı tərk edəcək

Növbəti yazı

“Yuventus”un araşdırması yekunlaşdı