“Yuventus” di Mariya ilə bağlı qərarını verdi
“Yuventus” futbolçusu Anxel di Mariyanı heyətində saxlamağa qərar verib. İtaliya klubu argentinalı yarımmüdafiəçi ilə yeni müqavilə barədə danışıqlara başlayacaq.
2022-ci ilin yayında azad agent kimi Turin təmsilçisinə keçən Anxel həmin vaxt bir illik anlaşma imzalayıb. “Yuventus” 2 illik sözləşmə istəsə də, futbolçu 2023-cü ilin yayında “Rosario Sentral”a qayıtmaq üçün bununla razılaşmayıb. O, futbola başladığı və 15 il sıralarında olduğu komandaya dönmək arzusundadır. A seriyası təmsilçisi onu fikrindən daşındırmaq və daha bir il heyətdə saxlamağı planlaşdırır.