“Yuventus” antirekordun bir addımlığında, Alleqri “400”ə çatdı
“Yuventus” İtaliya A seriyasının VI turunda “Sampdoriya”nı 3:2 hesabı ilə məğlub edib. Bu, Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqrinin A seriyasında 400-cü oyun olub.
“Milan”, “Kalyari” və “Yuvantus”da çalışmış mütəxəssis bu müddətdə 244 qələbəyə sevinib. Onun komandaları 79 dəfə heç-heçə edib. Digər 177 qarşılaşmada Alleqrinin yetirmələri uduzan tərəf olub.
“Yuventus” A seriyasında ardıcıl 20-ci matçda qapısından qol buraxıb. Bununla da turinlilər klub tarixinin antirekorduna yaxınlaşıb. 1955-ci ildə komanda ardıcıl 21 görüşdə qol buraxıb.