Kvonun ilk çempionluğu
Nur-Sultanda keçirilən tennis turnirinə yekun vurulub. 23 yaşlı cənubi koreyalı Sun Bu Kvon yarışın qalibi olub.
O, finalda avstraliyalı Ceyms Dakvortu 7:6, 6:3 hesabı ilə məğlub edib. Mükafat fondu 480 min dollar olan turnirdəki qələbə Kvonun karyerasında ATP səviyyəli ilk titul olub.
Koreyalı ilk çempionluğunu 202-ci ildə bayram edən 9-cu tennisçidir. Ona qədər Aslan Karatsyov Dubayda, Den Evans Melburnda, Aleksay Popırin Sinqapurda, Xuan Manuel Serundolo Kordobada, Sebastyan Korda Parmada, Kemeron Norri Los-Kabosda, Karlos Alkaras Umaqda, İlya İvaşko isə Uinston-Seylemdə ilk çempionluğa sevinib.