“Yuventus” 17 ildən sonra 4 top fərqi ilə uduzdu

“Yuventus” 17 ildən sonra 4 top fərqi ilə uduzdu

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb. Turin təmsilçisi qrup mərhələsinin V turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzub.

“Ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan yarışda Avstriya “Viner”i “Yuventus”u 7:0 hesabı ilə darmadağın edib.

Ümumilikdə isə turinlilər son 17 ildə ilk dəfə 4 top fərqi ilə məğlub olub. 2004-cü ilin fevralında “Roma” A seriyasının görüşündə 4:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Advokat istefa verdi

Növbəti yazı

Hirrodan rekord, “Mayami”dən qələbə