“Yuta”nın seriyası 7-yə yüksəldi
“Yuta” NBA-nın növbəti matçında “Vaşinqton”la qarşılaşıb. “Cazz” bu matçda 123:98 hesablı qələbə qazanıb.
Bu görüşdə Donovan Mitçell hamıdan məhsuldar olub. O, qarşılaşmada 28 xal yığıb. Rudi Qober 20 xal toplayıb.
Bu, Solt-Leyk Siti təmsilçisinin ardıcıl 7-ci qələbəsi olub. 26 matçda 19 dəfə qalib gələn yutalılar Qərb konfransında üçüncüdürlər.