“Liverpul” Kloppla 500-ü keçdi

“Liverpul” Kloppla 500-ü keçdi

“Liverpul” Yurgen Kloppun rəhbərliyi altında Premyer Liqada topladığı xalların sayında 500-ü keçib. “Aston Villa” ilə XVI turun matçında 1:0 hesablı qələbə qazanan mersisaydlılar almaniyalı ilə 501 xal toplayıb.

Bu, liqanın tarixində eyni komandada toplanılan xal sayında 4-cü göstəricidir. 2015-ci ildən “Liverpul”a başçılıq edən Klopp yalnız üç mütəxəssisdən geri qalır.

Mütləq rekord Aleks Ferqyusondadır. Şotlandiyalı “Mançester Yunayted”lə 1752 xal toplayıb. Arsen Venger “Arsenlal”la 1627, Devid Moyes “Everton”la 642 xala sevinib.

ETOPAZ

Əvvəlki yazı

Əzmkar qələbə

Növbəti yazı

“Yuta”nın seriyası 7-yə yüksəldi