Yığmamız İngiltərəylə bacarmadı

Yığmamız İngiltərəylə bacarmadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib. Samir Əliyevin yetirmələri İngiltərə ilə görüşüb.

Bakıda keçirilən görüşün ilk 45 dəqiqəsində qonaqlar 2 qola imza atıblar. Fasilədən sonra İngiltərə millisi daha üç qola sevinib. Komandamız bu toplardan birinin əvəzini çıxa bilib.

Təsəlli qoluna Ramin Nəsirli imza atıb. Beləliklə, yığmamız seçmə mərhələdki 5-ci oyununda 4-cü məğlubiyyətini alıb – 1:5.

Qeyd edək ki, U-21 martın 26-da Ukraynanı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.03.2024

Növbəti yazı

Samir Əliyev: “Bu səviyyədə rəqiblə qarşılaşmamışdıq”