Sürpriz kupon – 23.03.2024
Espanyol – Tenerife 1
Son 3 ilə nəzər salsaq, görərik ki, “Espanyol”un “Tenerife” üzərində qələbəsi yoxdur. Barselona şəhərinin təmsilçiləri bu mövsüm artıq La liqaya qayıtmaq niyyətindədir. Turnir cədvəlində hal hazırda 3-cü yerdə qərarlaşıblar. Bu dəfə yəqinki, “Tenerife”ni evə xalsız yola salacaqlar.
Northempton – Derbi 2
İngiltərə 1-ci Liqadan Çempionşipə vəsiqə uğrunda gərgin mübarizə gedir. İddiaçılardan “Derbi”nin şansları yüksək hesab olunur və hal hazırda 2-ci yerdə qərarlaşıb. Meydan sahiblərinə gəldikdə isə, inanmıram ki, başa baş mübarizə aparsınlar. Müqayisədə, bu oyun “ Derbi”yə çox vacibdir, nəinki ev sahiblərinə.
Barrou – Nyuport 2,5 Alt
İngiltərə 2-ci Liqada mübarizə aparan orta səviyyəli komandaların dueli. Məhsuldar oyun gözlənilmir. Şans baxımından “Barrou” bir az üstündür. Hesab edirəm ki, azarkeşlər az qollu oyun izləyəcək.