Yığmamız finalda

Yığmamız finalda

16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib. Yığmamız Cəbəllütariqdə təşkil olunan yarışın yarımfinal matçına çıxıb.

Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Albaniya ilə görüşib. A qrupunda keçirdiyi bütün qarşılaşmalarda qalib gələn millimiz növbəti uğura imza atıb. Çətinlik çəkmədən qalib gələn komandamız finala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız finalda Kipr – Malta görüşünün qalibi ilə qarşılaşacaq. Həlledici və 3-cü yer uğrunda oyunlar sabah keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

”Sumqayıt”da ayrılıq

Növbəti yazı

“Kəpəz”də malili hücumçu