”Sumqayıt”da ayrılıq
“Sumqayıt”da ayrılıq baş verib. Kamran Əliyev komandadan ayrılıb.
“Kimyaçılar”la müqaviləsi başa çatan futbolçunun yeni klubu da bəlli olub. 25 yaşlı hücumçu Rusiya “SKA-Xabarovsk”una keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin yayında Tula “Arsenal”ından “Sumqayıt”a keçən Kamran Əliyev 2021-2022 mövsümündə də “SKA-Xabarovsk” klubunda çıxış edib.