Yığmamız çempion adına yiyələndi

Yığmamız çempion adına yiyələndi

18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında final oyununu keçirib. C divizionunda çıxış edən yığmamız həlledici matçda Lüksemburqla görüşüb.

Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl 4-cü qələbəsini qazanıb. Basketbolçularımız həlledici oyunda Lüksemburqa qalib gəliblər. Millimiz 78:71 hesabı ilə üstün olaraq C divizionunda 1-ci yeri tutub.

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Albaniya Ermənistanı məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Millimiz gümüş medalçı oldu

Növbəti yazı

Anna Başta 1/8 finalda