Millimiz gümüş medalçı oldu
18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda son matçını keçirib. Millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın final oyununa çıxıb.
Həlledici görüşə qədər keçirdiyi 4 matçda qalib gələn yığmamız meydan sahibləri ilə görüşüb. Türkiyəli mütəxəssis Evren Alkayanın çalışdırdığı komanda finalda məğlubiyyət acısı yaşayıb.
Qeyd edək ki, 3-cü yer uğrunda oyunda Albaniya və Kipr qarşılaşacaq.