Yekun turnirində tamaşaçı sayına məhdudiyyət olmayacaq
ATP-nin yekun turniri dolu tribunlar önündə keçiriləcək. Yarış zamanı tamaşaçıların sayı ilə bağlı məhdudiyyət olmayacaq.
Turnirin təşkilatçıları qrup oyunları və pley-off matçlarının biletlərini satışa çıxarıb. Bu il ATP-nin yekun turniri İtaliyada təşkil olunacaq.
Yarış noyabrın 14-də start götürəcək. Qarşılaşmalar Turində baş tutacaq.