“Valensiya” 370 milyona satılır
İspaniyanın “Valensiya” klubu yaxın müddətdə sahibini dəyişə bilər. Valensiyalı biznesmen Migel Zorio “yarasalar”ı almağa qərar verib.
O, bununla bağlı klubun indiki sahibi Piter Limə təklif cəlbedici təklif göndərib. Zorio bunun üçün 370 milyon avro ödəməyə razıdır.
Bu təklif “Valensiya”nın indiki sahibini qane edib. Hazırda sənədləşmə işləri aparılır. Zorio bu addımı “Valensiya”nı valensiyalılara qaytaraq” şüarı ilə atıb.