Yay transferlərindən ən çox qazanc əldə edən ölkələr müəyyənləşdi
Yay transfer pəncərəsi ilə bağlı hesabat açıqlanıb. FİFA-nın hesabatında klubları ən çox qazanc əldə edən ölkələr müəyyənləşib. Bu yay ən çox qazanan Almaniya klubları olub. Onlar ümumilikdə 462,7 milyon dollar əldə edib.
Klubları ən çox qazanan 10 ölkə sırasında Avropa üstünlük təşkil edir. Avropanın 9 ölkəsinin yer aldığı “Top-10”da Cənubi Amerika Braziliya ilə təmsil olunur.
- Almaniya – 462,7
- Fransa – 457,3
- İngiltərə – 409,8
- İtaliya – 408,2
- İspaniya – 260,2
- Niderland – 196
- Braziliya – 173
- Belçika – 151,2
- Portuqaliya – 135,9
- Danimarka – 113,3