NBA-dan Avstraliyaya

NBA-dan Avstraliyaya


NBA təcrübəsinə malik basketbolçuların Avstraliyaya axını davam edir. “Saut İst Melburn Finiks” klubu Şimali Amerikada özünü göstərən daha bir oyunçunu heyətinə qatıb. “Yaşıl qitə” təmsilçisi 216 sm boya malik Çjou Tsi ilə güclənib. 25 yaşlı çinli mərkəz oyunçusu ilə anlaşma imzalanıb.
O, ötən mövsüm “Hyuston”da çıxış edib. Çjou bu komandada 19 matça çıxıb. Çinli basketbolçu Melburn klubunun NBA-dan gətirdiyi 4-cü oyunçudur. Ona qədər Rayan Brokhoff, Mitç Krik və Ksavyer Manford da bu kluba keçib.

ETOPAZ

Əvvəlki yazı

Yay transferlərindən ən çox qazanc əldə edən ölkələr müəyyənləşdi

Növbəti yazı

Koronavirusa görə millidən kənarlaşdırıldı