Yaponiya Xorvatiyaya da qol vurdu

Yaponiya Xorvatiyaya da qol vurdu

DÇ-2022-də 1/8 final mərhələsinin üçüncü gününə start verilib. Mərhələnin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlir.

Bu görüşdə ilk 45 dəqiqə başa çatıb. Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar bu dəfə də sensasiyaya yaxındır. “Gündoğar ölkə” təmsilçisi fasiləyədək hesabı açıb. 44-cü dəqiqədə Dayzen Maeda qol vurub. Yaponiya fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

ETOPAZ

Əvvəlki yazı

Fransaya xəbərdarlıq

Növbəti yazı

Xorvatiya 1/4 finalda