Xorvatiya 1/4 finalda

Xorvatiya 1/4 finalda

Dünya çempionatının 1/8 final mərhələsinin görüşləri davam edir. Yaponiya Xorvatiya ilə qarşılaşıb.

Görüş asiyalıların üstünlüyü ilə başlayıb. Komanda istəyinə ilk hissədə çatıb. 43-cü dəqiqədə Dayzen Maeda hesabı açıb. Lakin xorvatlar ikinci yarıda üstünlüyə yiyələnib. 54-cü dəqiqədə İvan Perişiç bərabərlik qolunu vurub. Oyunun əsas hissəsi bu hesabla başa çatıb və əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişməyib. Penaltilər seriyasında isə avropalılar daha dəqiq olub – 3:1.

Qeyd edək ki, Xorvatiyanın 1/4 finaldakı rəqibi Braziliya – Cənubi Koreya matçında müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Yaponiya Xorvatiyaya da qol vurdu

Növbəti yazı

İlk hissədə 4 qol