Xil Manzano AVRO-2024-ü erkən bitirdi

Xil Manzano AVRO-2024-ü erkən bitirdi

İspaniyalı hakim Xesus Xil Manzano AVRO-2024-ü erkən bitirib. Turnir onun üçün vaxtından əvvəl başa çatıb.

Bununla bağlı UEFA Hakimlər Assosiasiyası qərar çıxarıb. Manzano ilə yanaşı, Bado Rodriges, Barbero Sevilya və VAR hakimi Ernandes Ernandes də çempionatda işini yekunlaşdırıb. Buna səbəb referilərin idarəçiliyinin bəyinilməməsi olub.

Qeyd edək ki, Xil Manzanonun rəhbərlik etdiyi hakimlər briqadası Avropa çempionatında yalnız Fransa – Avstriya matçı idarə edib. Görüş Didye Deşamın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Uruqvay və Panamadan qələbə

Növbəti yazı

“Neftçi”də ayrılıq