Xavidən ilk cəza

Xavidən ilk cəza

İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele cəzalanacaq. Fransalı futbolçunu cərimə gözləyir.

O, klubun yeni baş məşqçisi Xavinin müəyyənləşdirdiyi yeni qaydaları pozduğu üçün cəza alacaq ilk futbolçudur. Buna Usmanın məşqə gecikməsi səbəb olub.

O, səhər məşqinə 3 dəqiqə gecikdiyi üçün cərimə ödəməlidir. Xavi futbolçuların hər məşqdən 1 saat 30 dəqiqə əvvəl bazada yığışması barədə qərar qoyub. Dembele də hazırlığa 1 saat 27 dəqiqə qalmış özünü çatdırıb. Cərimənin məbləği açıqlanmır.

ETOPAZ

Əvvəlki yazı

Cordan və Pippen cütünün nailiyyəti təkrarlandı

Növbəti yazı

Günün kuponu – 13.11.2021