Günün kuponu – 13.11.2021
Bosniya və Herseqovina – Finlandiya – 1
Bosniyalıların hələ də qrupda 2-ci yeri tutmaq şansı var. Son oyunda Lvovda Ukraynadan 1 xal alan İvaylo Petevin komandası xeyli ümidlənib. Dzekolu Şehiçli Bosniya və Herseqovinanın heyəti daha güclü təsir bağışlayır. Güman edirəm ki, meydan sahibləri bu imkanı əldən verməz.
Monteneqro – Niderland – 2
G qrupunda vəziyyət qarışıqdır. “Narıncılar” lider olsalar da, qrupda 1-ci yeri hələ özlərinə təmin etməyiblər. Lui Van Qaalın komandası Podqoritsada yalnız qələbəyə oynayacaq. Məncə, bu oyuna 2 yazsaq, heç kimi təəcübləndirmərik.
Fransa – Qazaxıstan – üst 2,5
Möhtəşəm heyətə malik Fransa Qazaxıstan qarşısında aşkar favoritidir. Bu oyun haqqında uzun-uzadı danışmağa dəyməz. Məncə, fransızlar “Park de Prens”də hər zövqə uyğun qol vurmağa çalışacaqlar. Bu qollara baxanda üst 2,5-i yada sala bilərsiz.
Bosniya və Herseqovina – Finlandiya – 1 – 1,95
Monteneqro – Niderland – 2 – 1,23
Fransa – Qazaxıstan – üst 2,5 – 1,37
Ümumi əmsal: 3,28