Xavi onları istəmir

Xavi onları istəmir

“Barselona”nın “qara siyahı”sı bəlli olub. Baş məşqçi Xavi 8 futbolçu ilə yollarını ayırmağı planlaşdırır. 

Növbəti mövsümdə heyəti yeniləmək istəyən ispaniyalı mütəxəssis Ansu Fati, Ferran Torres, Frank Kesie və Rafinyanı komandada görmək istəmir. Kataloniyalılar da bu yolla maaş büdcəsini azaltmaq və futbolçu satışından gəlir əldə etməyi planlaşdırır. Xavi hazırda fərqli klublarda icarədə olan Serjinyo Dest, Kleman Lanqle, Samuel Umtiti və Alks Kolladonu da quracağı komandada görmək istəmir. 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 17.05.2023

Növbəti yazı

“Arsenal”da ayrılıq baş verə bilər